“Sədərək”də baş verən yanğında xəsarət alan şəxs evə buraxılıb

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğında xəsarət alaraq Kliniki Tibbi Mərkəzə aparılan şəxsə ambulator yardım göstəriləndən sonra evə buxarılıb.
Bu barədə 1news.az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, “Sədərək” ticarət mərkəzində bu gün səhər saatlarında baş verən yanğın zamanı 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılmışdı.
Qafar Ağayev
542