Bank rəhbərinin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.
1news.az-ın əldə etdiyi məlumata görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, E.Quliyev "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludu.
1news.az
1006