MSK-da 29 və 123 saylı Seçki Dairələri ilə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK-da 29 və 123 saylı Seçki Dairələri ilə bağlı qərar verildi

16:41 - 18 / 02 / 2020
MSK-da 29 və 123 saylı Seçki Dairələri ilə bağlı qərar verildi

Mərkəzi Seçki Komissiyasının iclasında 29 saylı Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

1news.az xəbər verir ki, müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.

Daha sonra iclasda 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.

MSK-nın iclasında 123 saylı Seçki Dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər