Deputatlarımız Xocalı soyqırımına görə İsrailə və Türkiyəyə səfər edəcəklər | 1news.az | Xəbərlər
Rəsmi

Deputatlarımız Xocalı soyqırımına görə İsrailə və Türkiyəyə səfər edəcəklər

15:58 - 19 / 02 / 2020
Deputatlarımız Xocalı soyqırımına görə İsrailə və Türkiyəyə səfər edəcəklər

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Yığıncağa İsrail Knessetinin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar.
Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.

Deputat Naqif Həmzəyev isə Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq.
Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq,  Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək.
Səfər fevralın 27-də başa çatacaq.

Qafar Ağayev

Paylaş:
700

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər