Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib - FOTO

17:40 - 19 / 02 / 2020
Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər