Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi - FOTO

Bakıda canavar yerli sakini dişləyib.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb.
Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.
C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
1news.az
3440