PA rəsmisi: “Hakimlər barədə ciddi tədbirlər görülüb” | 1news.az | Xəbərlər
Siyasət

PA rəsmisi: “Hakimlər barədə ciddi tədbirlər görülüb”

10:29 - 19 / 02 / 2020
PA rəsmisi: “Hakimlər barədə ciddi tədbirlər görülüb”

“Məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyil. Ötən il Məhkə­mə-­Hüquq ­Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılmış, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb”.

1news.az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Şöbə müdiri qeyd edib ki, 2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy,  Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub: “Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyil. Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalıb. Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ açan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində sahibkarlıq fəaliyyəti barədə mübahisələrin həllinin tezləşdirilməsində  mühüm addımlar atılıb, o cümlədən sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb”.

Qafar Ağayev

Paylaş:
599

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər