İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb - FOTO

11:06 - 20 / 02 / 2020
İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb - FOTO

Bir müddət əvvəl itkin düşmüş Azərbaycan əsgərinin meyiti neytral ərazidən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova 1news.az-a bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib. 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Qafar Ağayev

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər