Özbəkistanlı müğənnilərdən möhtəşəm “Qarabağ” ifası – VİDEO

Özbəkistan müğənniləri çox gözəl bir layihəyə imza atıblar.
1news.az-ın məlumatına görə, qardaş dövlətin müğənniləri bir araya gələrək “Qarabağ” mahnısını ifa ediblər. Onları özbək qızlardan ibarət rəqs ansamblı da müşayiət edib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin rəsmi YouTube səhifəsində yayımlanan mahnıda Qarabağın füsunkar təbiət mənzərələri, memarlıq abidələri ilə yanaşı, Özbəkistan-Azərbaycan qardaşlığı da tərənnüm olunur.
Sözügedən layihə izləyicilər arasında böyük marağa səbəb olub. Soydaşlarımız Özbəkistan dövlətinin, xalqının, eləcə də müğənnilərin ünvanına xoş sözlər söyləyiblər.
1news.az
1780