Eldar Quliyevin lider olduğu seçki dairəsi ilə bağlı qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
1news.az-ın xəbərinə görə görə, qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan pozuntu halları öz əksini tapmayıb. Bu baxımdan müraciət təmin edilməyib.
Xatırladaq ki, fevralın 9-da keçirilmiş Parlament seçkilərinin nəticələrinə əsasən 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə Eldar Quliyev 49.2% səslə lider olub.
Qafar Ağayev
552