Prezident Tahir Rzayevi "Şöhrət" ordeni ilə təltif etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Tahir Rzayevi "Şöhrət" ordeni ilə təltif etdi

16:06 - 24 / 02 / 2020
Prezident Tahir Rzayevi "Şöhrət" ordeni ilə təltif etdi

Azərbaycan Respublikasnının Prezidenti İlham Əliyev Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər