Maska alverçilərinə yaşıl işıq: “Dövlət qurumu müdaxilə edə bilməz” - EKSPERT | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maska alverçilərinə yaşıl işıq: “Dövlət qurumu müdaxilə edə bilməz” - EKSPERT

16:59 - 24 / 02 / 2020
Maska alverçilərinə yaşıl işıq: “Dövlət qurumu müdaxilə edə bilməz” - EKSPERT

Koronavirus epidemiyasının getdikcə daha geniş ərazidə, xüsusən də qonşu İranda yayılması ölkəmizdə tibbi ağız masakalarına tələbatı artıb.

Tələbin çox olduğunu görən “işbazlar” maskaların qiymətini süni şəkildə qaldırır və ya tələbi artırmaq üçün dövriyyədən çıxarırlar. Bəs görəsən belə olduğu halda dövlət qurumları həmin sahibkarlarla bağlı hansısa addım ata bilərmi?

Məsələ ilə bağlı 1news.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bazar tələb və təklif aksiomu ilə işləyir.

“Tələb artanda qiymət qalxır və keyfiyyət aşağı düşür. Bu  gün mənə bir neçə yerdən zəng etdilər ki, tibbi maskalar tapılmır. Bunun qiymətinə və miqdarına heç bir dövlət qurumu nəzarət eləmir, bu iş biznes əsasında qurulub. Dövlət qurumunun bu məsələyə müdaxiləsi doğru deyil. Güman ki, burada alverçilər xüsusi rol oynayacaq, apteklər qiyməti qaldıracaq, çünki bunun qiyməti tənzimlənmir. Maska xəstələr üçündü, sağlam adamlar üçün deyil. Ondan xəstə olan adamlar istifadə edir ki, ətrafa virusları yaymasın”.

Ekspert bildirib ki, sahibklarlar tərəfindən maskaların dövriyyədən çıxarılması normaldır.

“Bu biznes qurumunun öz işidi, istəsə satar, istəsə də saxlayar. Dövlət elə iş aparmalıdır ki, istehlakçıların bütün mallara və xidmətlərə bərabər əlyetənliyi təmin olunsun. Dövlət bu halda addım ata bilər, həmin məhsulu vergilərdən azad etdikdə qiymətlər də normallaşa bilər. Dövlət vəzifəsi odur ki, bolluq yaratsın və gizlədənlər üzə çıxarsın. Ölkədə yerli istehsalı stimullaşdırmaq üçün addımlar atılmalıdır. Sahibkar maskanı istədiyi qiymətə sata bilər, satdığının vergisini verəcək. Buna heç bir dövlət qurumu müdaxilə edə bilməz”.

E.Hüseyhov onu da deyib ki,  maska istehsalı Azərbaycanda biznes fəaliyyəti kimi uğurlu olmadığına görə sahibklarlar üçün maraqlı deyil.

Qafar Ağayev

Paylaş:
2059

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər