Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO

Ukraynanın Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.
1news.az
465