MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

14:17 - 26 / 02 / 2020
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

1news.az-ın verdiyi xəbərə görə, MSK-nın fevralın 25-də keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib. Parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.  Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.

ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

MSK seçkilərin ilkin nəticələrini açıqladı - SİYAHI

S.Xankişiyeva

 

 

Paylaş:
455

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər