Çavuşoğlu: “Azərbaycanlı qardaşlarımızın acısına dərindən şərikik” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Azərbaycanlı qardaşlarımızın acısına dərindən şərikik”

14:55 - 26 / 02 / 2020
Çavuşoğlu: “Azərbaycanlı qardaşlarımızın acısına dərindən şərikik”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Twitterdə paylaşım edib.

1news.az-ın verdiyi xəbərə görə, paylaşımda deyilir:

“Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərikik”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

“Ermənilər bir gecədə bütün ailəmi öldürdü” – Xocalı faciəsinin canlı şahidi – VİDEO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

S.Xankişiyeva

Paylaş:
621

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər