Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçirmək istəyənlərə yer təklif etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ReAL Partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimovun və müstəqil namizəd Fərhad Mehdiyevin fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün etdiləri müraciəti cavablandırıb.
BŞİH-də 1news.az-a verilən məlumata görə, müraciətə baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.
Qafar Ağayev
894