Zaqatalada kollecin 8 otağı yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada kollecin 8 otağı yandı

09:49 - 26 / 02 / 2020
Zaqatalada kollecin 8 otağı yandı

Zaqatalada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a  verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər