İraq Prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İraq Prezidenti İlham Əliyevi təbrik edib

14:31 - 27 / 02 / 2020
İraq Prezidenti İlham Əliyevi təbrik edib

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevi təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər