Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

15:18 - 27 / 02 / 2020
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağızadə Fərhad Sabir oğlu – general-leytenant.

S.Xankişiyeva

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər