“Аrzunuza doğru gedin!”: Ayla Tbilisidəki Şərq Tərəfdaşlığı Avropa məktəbindən danışır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Аrzunuza doğru gedin!”: Ayla Tbilisidəki Şərq Tərəfdaşlığı Avropa məktəbindən danışır – FOTO – VİDEO

15:40 - 27 / 02 / 2020
“Аrzunuza doğru gedin!”: Ayla Tbilisidəki Şərq Tərəfdaşlığı Avropa məktəbindən danışır – FOTO – VİDEO

Ayla Əhmədova Bakıda doğulub və böyümüş, elə burada da liseydə oxumuşdu, lakin o, həmişə beynəlxalq təhsil almaq arzulayırdı.

Deyirlər, niyyətin hara – mənzilin ora: 2018-ci ildə Ayla sosial şəbəkədə Tbilisidə yerləşən Şərq Tərəfdaşlığı Avropa məktəbi haqqında elana rast gəlir. Qızın marağına təklif edilən beynəlxalq proqram ilə yanaşı, məktəbin Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan məktəbliləri üçün tam ödənişsiz olmağı səbəb oldu.

2019-cu ilin yazında Ayla iştirak ərizəsi yazdı və bütün qəbul mərhələrini keçərək, məktəbə qəbul olundu. Hal-hazırda Ayla Əhmədovanın 17 yaşı var, o, beynəlxalq məktəbin 11-ci sinif şagirdidir və gələcəkdə təhsilini dünyanın tanınmış universitetlərində davam edə bilər.

“Əvvələr Azərbaycandan kanar çıxmamışdım. İndi isə, baxın, ilk dəfə başqa ölkədəyəm, üstəlik burada tək yaşayıram və təhsil alıram. Bu, inanılmazdır. Düzü, çox həyacanlıyam, çünki ağlıma gətirə bilməzdim ki, həyatım bir göz qırpımında belə dəyişsin”, - Ayla belə deyir.

“Ailəmdən hər zaman anlayış görmüşəm, onlar həmişə ən cəsur niyyətlərimə, o cümlədən beynəlxalq təhsil almaq istəyimə dəstək veriblər. Anama baxıb ilhamlanıram, o, həyatda hər şeyə özü nail olub”, - gülümsəyərək Ayla davam edir.

Avropa İttifaqı tərəfindən maliyyələşən məktəb iki illik akademik proqram təklif edir, hansının ki əsasını Avropa məktəb sistemi təşkil edir. Məktəbin məzunlarına Beynəlxalq bakalavriat (Avropaşünaslıq təmayüllü) diplomu təqdim edilir. Məktəbdə təhsil ödənişsizdir. Aİ həmçinin yaşayış, ictimai nəqliyyat, ildə iki dəfə evə getmək, hətta yay məktəblərində və konfranslarda iştirak xərclərini ödəyir.

Ayla deyir ki, Beynəlxalq bakalavriat proqramı ilə təhsil almaq heç də asan deyil, bunun üçün bütün qüvvəni toplamalı və gününü elə planlaşdırmalısan ki, hər şeyi vaxtı-vaxtında çatdırasan.

Elə buranın dərs cədvəli də Azərbaycan məktəblilərin adət etdiyindən fərqlənir: Azərbaycan məktəblərində dərs saatları səhər və günorta növbələrinə bölündükdə, Tbilisidəki Avropa məktəbində dərslər səhər tezdən başlayaraq, saat 4 qədər aparılır, bununla yanaşı gün ərzində uşaqların dincəlməyi, səhər yeməyi və nahar etmələri üçün tənəffüslər verilir.

“Belə cədvəlin özəl xüsusiyyətləri var. Belə ki, fasilələrlə oxuyarkən, sən bir qədər dincələ və qüvvə toplaya, sonra isə işinə davam edə bilərsən, - Ayla belə deyir.  – Müəllimlərimiz də əladır. Mən heç vaxt belə mehriban müəllimlərlə rastlaşmamışdım. Onlar müxtəlif ölkələrdən gəliblər, hərəsinin öz mədəni ənənələri, bununla belə özəl tədris metodları var. Mənim müəllimlərim Gürcüstandan, ABŞ-dan, İspaniyadandır”.

Onun sözlərinə görə, məktəbdə fənlər üzrə yaxşı göstəricilər göstərməklə yanaşı, ictimai əhəmiyyətli iş bacarıqlarını da nümayiş etmək lazımdır. Əks təqdirdə diplom verilməyəcək. Burada teatr tamaşalarında, yay məktəblərində, konfranslarda, sosial layihələrdə iştirak və s. nəzərdə tutulur.

“Bu, oxumaqla yanaşı, uşaqlara həm də sosial ünsiyyət, yaradıcılıq qabiliyyəti, fikir və ideyalarını təqdim etmə bacarıqlarını inkişaf etmək üçün lazımdır. Bir sözlə, məktəbin hər bir şagirdi həm bilikli, həm də hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməlidir. Bu da, əladır”, - Ayla deyir.

O, özü də Tbilisidə oxuyarkən, ilk semestrdə ictimayi əhəmiyyətli işlər çərçivəsində   Beynəlxalq Sülh Gününə həsr olunmuş mətn hazırladı, hansının ki əsasında uşaqlar teatr tamaşası təqdim etdilər. Bundan başqa Ayla, məktəbdə keçirilən Universitet yarmarkasında qonaqların qeydiyyatını aparırdı, həmçinin o, Azərbaycan mətbəxi restoranında könüllü kimi işləməyə hazır olduğunu bildirmişdir.

Gələcəkdə Ayla uşaq psixoloqu olmaq arzusundadır. “Uşaqlarla işləməyi çox sevirəm, bu mənim arzumdur. Fikrimcə, hər şeyin əsası uşağlıqda qoyulur. Uşaq travmaları gələcəkdə insanın davranışını formalaşdırır, onu amansız edir, qəddarlaşdırır. Uşaqlarla işləmək istəyirəm ki, dünyamız daha da gözəlləşsin”.

Həmyaşıdlarına gəldikdə isə, Ayla onlara bunu məsləhət edir: “Öz gücünüzə inanın, sevdiyiniz iş ilə məşğul olun, arzunuza doğru gedin! Siz çox şeyə qadirsiniz, yetər ki, işinizdə peşəkar olasız. Əlbəttə, özünüzü də sevməlisiniz: sevginin gücü böyükdür və o, çox şeyə qadirdir».

Yanvar ayından məktəbə yeni qəbul başlanıb. Bölgənin altı ölkəsindən, o cümlədən Azərbaycandan 16-17 yaşında və ən yaxşı təhsil göstəriciləri olan 35 məktəblinin müsabiqə əsasında seçilməsi planlaşdırılır. Seçim yazı testləri və müsahibələr əsasında aparılacaq. Ərizələr 14 marta qədər qəbul edilir.

Yelena Ostapenko

Məqalə EU NEIGHBOURS east layihəsi çərçivəsində hazırlanıb

 

 

 

 

Paylaş:
1215

Son xəbərlər

Bütün xəbərlər