Bu ərazilərdə 20-yə yaxın işıqfor işləmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə 20-yə yaxın işıqfor işləmir

17:11 - 27 / 02 / 2020
Bu ərazilərdə 20-yə yaxın işıqfor işləmir

Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. İşıqforlaırn işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir.

Eyni zamanda, işıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər