Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara müraciət edib

21:45 - 27 / 02 / 2020
Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara müraciət edib

Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.

Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar.

1news.az

Paylaş:
903

Son xəbərlər

Bütün xəbərlər