Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir  – CANLI YAYIM | 1news.az | Xəbərlər
Siyasət

Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir  – CANLI YAYIM

17:55 - 28 / 02 / 2020
Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir  – CANLI YAYIM

Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhəddi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantibdə saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".

17.07

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

1news.az-ın məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktı təsdiq edildi

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

TƏBİB Astarada yoxlama apardı - Baş həkim işdən çıxarıldı - VİDEO

S.Xankişiyeva

 

Paylaş:
2701

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər