Nazirlər Kabineti yanında Qərargah əhaliyə müraciət edib

İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
“10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir. İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar”.
S.Xankişiyeva
765