HTech Invest – yerli istehsaldan ixracata doğru – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

HTech Invest – yerli istehsaldan ixracata doğru – FOTO

14:15 - 02 / 03 / 2020
HTech Invest – yerli istehsaldan ixracata doğru – FOTO

Mingəçevir yüksək texnologiyalar parkının rezidenti olan HTech Invest, dünyanın aparıcı İT avadanlıq istehsalçılarından biri olan ACER-in dəstəyi ilə 2016-cı ildən etibarən Azərbaycanda stolüstü kompüter, nettop və monoblokların istehsalını həyata keçirir.

Şirkət başlıca və mühüm vəzifələrindən biri kimi böyüməkdə olan bazarın tələbatını təkcə kəmiyyət baxımından ödəməkdə deyil, həmçinin "Made in Azerbaijan" adı altında yüksək keyfiyyətli məhsul istehsal etməkdə və həmin məhsulların xarici ölkələrə satışını və ixracını gerçəkləşdirməkdə görür.

2017-ci ilin dekabr ayında 23-cü beynəlxalq “Bakutel” sərgisində şirkətin məhsulları ilə tanış olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva HTech Investin ilk nailiyyətlərini təqdirə layiq dəyərləndirmiş və istehsalatın gələcək inkişafı və genişlənməsi üçün müvafiq tövsiyələrini vermişlər.

HTech Invest şirkətinin kommersiya direktoru Lətif Məhərrəmovun bildirdiyinə görə, 2019-cu ili şirkət üçün uğurlu il saymaq olar. Belə ki, il ərzində 10.000 ədəd ACER kompüteri istehsal olunaraq realizə edilmişdir. Bu günə kimi şirkətin istehsal etdiyi məhsullar yüz minlərlə ABŞ dolları məbləğində Özbəkistan, Tacikistan və Qırğızıstana ixrac edilib. Hal-hazırda isə, Tacikistan, Özbəkistan və Gürcüstandan daha 1000 ədəd kompüterə sifarişlər alınıb.

HTech İnvestdə 40 nəfərə yaxın əməkdaş çalışır ki, onların da böyük əksəriyyəti Mingəçevir şəhərinin yerli sakinləridir. Şirkət bölgənin böyük vergi ödəyicisidir. 2019-cu ildə şirkət ölkə büdcəsinə 1.3 milyon manatdan çox maliyyə vəsaiti ödəmişdir. Bu uğurlu fəaliyyətin nəticəsi kimi, L.Məhərrəmov başda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olmaqla bütün tərəfdaşlara və sifarişçilərə minnətdarlıq bildirərək demişdir: “Cari ildə biz artıq 4 dəfə zavodun məhsullarını ixrac etmişik, bu isə, Azərbaycanın IT məhsulların etibarlı istehsalçısı kimi artan nüfuzunun bariz göstəricisidir. Yaxın gələcək üçün bizim əsas hədəfimiz IT məhsullarının ixracını milyonlarla ABŞ dolları məbləğinə artırmaqdır”.

29 fevral 2020-ci il tarixində Buta Palace da biznes sahəsində milli “Azeri Business Award” mükafatının təqdimat mərasimi keçirilib. Həmin tədbirdə 2019-cu ilin nəticələrinə görə, HTech Invest “İlin IT şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif edilib.

Reklam hüququnda

 

 

Paylaş:
548

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər