Azərbaycan XİN-dən İrana təbrik

Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik. İnanırıq ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.
1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib.
Qeyd edək ki, bu ilin 21 fevral tarixində İran İslam Şurası Məclisinə seçkilər keçirilib.
Qafar Ağayev
342