“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçirilib

17:15 - 02 / 03 / 2020
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçirilib

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçirilib

Martın 1-də “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət imtahanı keçirilib. İştirakçılar  saat 11:00 və 15:00  olmaqla 2 sessiyada testə qatılıblar. İmtahanda 7059 namizəd iştirak edib.

1news.az-ın verdiyi xəbərə görə, imtahanda abstrakt və məntiqi düşüncənin,  rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla 3 bölmədə suallar təqdim edilib. 

Əsas imtahanda iştirakçılar abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab veriblər.  Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunub. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala cavab vermək üçün 2 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanaraq 2 həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər