Azərbaycanda «Лучше всех!» kastinqi başa çatıb - FOTO

28 fevral-01 mart tarixlərində Azərbaycan Respublikasında kastinqin rəsmi təşkilatçısı olan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Rusiya Federasiyasının birinci kanalı «Лучше всех!» verilişinin sifarişi ilə Bakı şəhərində təşkil olunan kastinqi başa çatıb.
Kastinqin məqsədi Birinci Rusiya kanalının Maksim Qalkinin «Лучше всех!» məşhur uşaq şousunda iştirak etmək üçün gənc istedadları seçməkdən ibarət olub.
Kastinq 3-12 yaşlı uşaqların iştirakı ilə mərkəzin xüsusi hazırlanmış zalında keçirilib. Müxtəlif yaradıcılıq mərkəzlərindən, məktəblərdən və məktəbəqədər müəssisələrdən 235 uşaq qeydiyyatdan keçib. Kastinq bir neçə mərhələdə baş tutub, əvvəlcə bütün maraqlananlar video və özləri haqqında qısa məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin göndəriblər.
Daha sonra seçim mərhələsində uşaqlar ilə xüsusi ayrılan vaxt ərzində RUGİM-in direktoru Firuzə Sultan-zadə və Moskva şəhərindən «Лучше всех!» proqramının redaktorları Ekaterina Tatarnikova və Anna Sharufutdin tərəfindən keçirilib.
«Лучше всех!» redaktorları kastinqin RUGİM tərəfindən yüksək səviyyədə təşkilinin hazırlanmasını və Azərbaycanda istedadlı uşaqların olduğunu qeyd ediblər.
Bakıdakı seçilən uşaqlar «Лучше всех!» proqramında iştirak etmək üçün Moskva şəhərinə göndəriləcəkdir.
1news.az












