Basketbol üzrə Azərbaycan çempionatının oyunları da təxirə salındı

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.
Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.
1news.az
510