Prezident Goranboyda xəstəxana açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Goranboyda xəstəxana açılışında iştirak edib - FOTO

15:16 - 03 / 03 / 2020
Prezident Goranboyda xəstəxana açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər