Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır - FOTO

15:56 - 03 / 03 / 2020
Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır - FOTO

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti məbuat xidmətinin 1news.az-a verdiyi məlumata görə, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər   aparılır.

Mətbuat xidmətindən həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi  də vurğulanmışdır.

1news.az

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər