Naxçıvanda ümumtəhsil və peşə məktəblərində tədris müvəqqəti dayandırıldı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.
1news.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.
Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.
Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.
Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.
Digər bir məlumata görə, muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikasına uyğun olaraq dayandırılmayacaq. Və müvafiq profilaktika və dezinfeksiya işləri davam etdiriləcək.
Qafar Ağayev