Bakıda dəhşətli qəzada maşın 3 hissəyə ayrıldı: 2 ölü və 2 yaralı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəzada maşın 3 hissəyə ayrıldı: 2 ölü və 2 yaralı - FOTO

09:30 - 03 / 03 / 2020
Bakıda dəhşətli qəzada maşın 3 hissəyə ayrıldı: 2 ölü və 2 yaralı - FOTO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.  Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib. Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər