Qulaqlıqlar təhlükəlidirmi? Dərmanlar eşitməyə zərər verə bilərmi? Qulaq və eşitmə sağlamlığı haqqında hər şey! – VİDEO

3 Mart – Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib və hər il ictimaiyyətə eşitmə problemlərinin yaranma səbəbləri və qarşısını alma yolları barədə məlumat vermək üçün qeyd olunur.
Eşitmə qabiliyyətinin itirilməsi əlilliyin dünyada ən geniş yayılmış formalarından biridir. Dünyada 360 milyondan artıq insan eşitmə qabiliyyətinin itirilməsi və pozulmasından əziyyət çəkir. Azərbaycanda da bu problem kifayət qədər geniş yayılmışdır. Xüsusi ilə qulaqcıqların sürətli şəkildə artması və insanlar tərəfindən yanlış istifadəsinin çoxalması nəticəsində ölkəmizdə qulaq və eşitmə problemləri əvvəlki illərə nisbətən artmaqdadır.
İnsanların diqqətini qulaq sağlamlığına və eşitmə problemlərinə çəkmək və maarifləndirmək məqsədi ilə keşbek sistemi UMICO və partnyoru Respublika Diaqnostika Mərkəzi birlikdə qulaq və eşitmə sağlamlığı ilə bağlı video material hazırlayıblar. Videoda Respublika Diaqnostika Mərkəzinin Qulaq-burun-boğaz cərrahı – Tural Hüseynov insanları maraqlandıran ən aktual sualları cavablandırmışdır.
İntervyu şəklində olan videoda – Eşitmə problemlərinin ən əsas yaranma səbəbləri, uşaqlarda eşitmə probleminin təyin edilməsi, düzgün qulaqcıq seçilməsi, hansı xəstəliklər və dərmanlar eşitməyə zərərli ola bilər kimi suallara cavab verilmişdir.
Reklam hüququnda