Koronavirusdan qorunmaq elə də çətin deyil - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusdan qorunmaq elə də çətin deyil - VİDEO

11:34 - 03 / 03 / 2020
Koronavirusdan qorunmaq elə də çətin deyil - VİDEO

2019-cu ilin dekabrından etibarən Çinin Vuhan şəhərindən yayılmağa başlayan yeni koronavirus az qala bütün ölkələrin baş ağrısına çevrilib.  

Ölkəmizdə də bu virusa yoluxma hallarının qeydə alınması əhali arasında müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə bu virusla bağlı həqiqətə uyğun olmayan, süni ajiotaj yaradan xəbərlərin yayılması isə bu narahatlığın daha da artmasına səbəb olur. Lakin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ekspertlər ciddi narahatlığa əsas olmadığını söyləyirlər.

Bir çox ölkədə olduğu kimi Azərbaycanda da koronavirusa qarşı tədbirlər görülür. İnsanlar arasında maarifləndirmə işləri aparılır və əhaliyə virusdan qorunmağın yolları aşılanır.

Sosial şəbəkələrdə bu virus ətrafında süni ajiotaj yaradıb, insanları psixoloji gərginliyə sövq etmək olmaz.  Çünki koronavirusdan qorunmaq elə də çətin deyil. Təqdim etdiyimiz videolara baxandan sonra buna əmin olacaqsınız.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər