Azərbaycanda bəbir vəhşi keçini parçaladı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bəbir vəhşi keçini parçaladı - VİDEO

14:41 - 04 / 03 / 2020
Azərbaycanda bəbir vəhşi keçini parçaladı - VİDEO

Azərbaycanda bəbirin vəhşi keçini öldürüb yeməsinin video görüntüsü yayılıb.

1news.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində yayılan görüntülər Naxçıvan ərazisində yerləşən Zəngəzur Milli Parkında çəkilib. Görüntülərdə bəbirin bezoar keçisini yeməsi əks olunub.

Məlumata görə, Naxçıvanda bəbirlərin populyasiyasının bərpasının ilk səbəbi onun əsas qidası hesab olunan bezoar keçilərinin populyasiyasının bərpasıdır. Mütəxəssislər hesab edirlər ki, bəbirlərin yem tapmaqda çətinlik çəkməməsi onların saylarının artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

1news.az

Paylaş:
1629

Son xəbərlər

Bütün xəbərlər