Prezident: Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır, onları Azərbaycan dilində olduğu kimi yazın – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirdi.
Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova dedi: “Bunlar işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələridir”.
Prezident İlham Əliyev: “Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır”.
4 mart saat 13:49
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev muzeylə tanış oldu.
S.Xankişiyeva