Bakıda şok oğurluq: səfirin 60 min manatını apardılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şok oğurluq: səfirin 60 min manatını apardılar

10:50 - 04 / 03 / 2020
Bakıda şok oğurluq: səfirin 60 min manatını apardılar

Bakıda səfirin otağından oğurluq olub.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.

Hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1news.az

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər