İlham Əliyev yeni icra başçılarına: Sizə ciddi tapşırıram ki, ... | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev yeni icra başçılarına: Sizə ciddi tapşırıram ki, ...

16:27 - 05 / 03 / 2020
İlham Əliyev yeni icra başçılarına: Sizə ciddi tapşırıram ki, ...

“Sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul zamanı bildirib.

Bəzi məmurlar tərəfindən rayonlarda ciddi qanun pozuntularına yol verildiyini deyən dövlət başçısı yeni icra başçılarını onların üzərinə qoyulan məsuliyyəti düzgün dərk etməyə çağırıb:

“Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik.

Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.

Nahid Bağırov kimdir? – İsmayıllının yeni icra başçısının DOSYESİ

Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

S.Xankişiyeva

Paylaş:
795

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər