Rumıniyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Rumıniyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

16:43 - 05 / 03 / 2020
Rumıniyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Azərbaycan Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az ) müraciət etməlidirlər. Müraciət üçün son tarix 5 apreldir.

Qafar Ağayev

Paylaş:
407

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49
Bütün xəbərlər