Vüsal Hüseynov: “Ölkəyə səfər edən əcnəbilərin sayı artıb”

“2019-cu il və 2020-ci ilin əvvəli miqrasiya baxımından ölkəmiz üçün uğurlu olub. Bunu həm rəqəmlərdə, həm də həyata keçirilən tədbirlərdə, islahatlarda görmək olar”.
1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, həm ölkəyə səfər edən əcnəbilərin sayında, həm də Azərbaycanda müvəqqəti və daimi müvafiq icazələrlə yaşayan əcnəbilərin sayında artım mövcud olub.
“2019-cu ildə əvvəlki il ilə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 11 faiz artım müşahidə olunub. 2019-cu ilin nəticələrinə görə ölkəmizə gələn əcnəbilərin sayı 3 milyonu keçib. Bu həmçinin özünü yaşayış icazələrində də göstərir. Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında isə 8 faiz azalma müşahidə olunub”.
Qafar Ağayev