Azərbaycanda 2019-cu ildə ən çox bu ölkənin vətəndaşlarına iş icazəsi verilib

“Bildiyiniz kimi əcnəbilər ölkəmizdə əmək fəaliyəti ilə məşğul olmaq üçün iş icazə almalıdırlar. Bu icazələr müəyyən kvotalar çərçivəsində verilir. Bu kvotaların müəyən edilməsində məqsəd yerli əmək bazarının qorunmasıdır”.
1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidətinin rəisi Vüsal Hüseynov deyib. V.Hüseynov bildirib ki, Azərbaycanda ən çox Türkiyə vətəndaşları iş icazəsi əldə edib.
“Belə ki, 2019-cu ildə 2355 nəfər Türkiyə Respublikasının, 930 nəfər Birləşmiş Krallığın, 449 nəfər Hindistan Respublikasının, 285 nəfər Rusiya Federasiyası, 259 nəfər İran İslam Respublikasının və 2400 nəfər digər ölkələrin vətəndaşlarına iş üçün icazə verilib. Bu bizim həm neft-qaz sənayemizdə, həm də digər xidmət sahəsində fəaliyət göstərən əcnəbilərin aldığı iş icazələridi”.
V.Hüseynov bildirib ki, 2019-cu ildə ümumlikdə 6680 əcnəbiyə Azərbaycanda işləmək üçün icazə verilib.
“2018-ci ildə bu say 6162 olub. Bu da 2019-cu ildə 2018-ci il ilə müqayisədə 8 faizlik artım deməkdir”.
Qafar Ağayev