Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

14:50 - 06 / 03 / 2020
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

Qafar Ağayev

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər