Azərbaycanda 121 deputatın koronavirusla bağlı müayinəsinin CAVABI AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 121 deputatın koronavirusla bağlı müayinəsinin CAVABI AÇIQLANDI

13:10 - 09 / 03 / 2020
Azərbaycanda 121 deputatın koronavirusla bağlı müayinəsinin CAVABI AÇIQLANDI

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Mətbuat Xidmətinin təhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər