İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzaladı

15:30 - 09 / 03 / 2020
İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzaladı

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilir.

Xatırladaq ki, Hicran Hüseynova 9 fevral 2020-ci ildə keçirilən Milli Məclis seçkilərində 41 saylı Sumqayit Birinci Seçki Dairəsindən deputat seçilib.

1news.az

Paylaş:
1944

Son xəbərlər

Bütün xəbərlər