Prezident İnstitut rektorunu vəzifəsindən azad etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İnstitut rektorunu vəzifəsindən azad etdi

15:38 - 09 / 03 / 2020
Prezident İnstitut rektorunu vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Ceyhun Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilir.

Xatırladaq ki, Ceyhun Məmmədov 9 fevral 2020-ci ildə keçirilən Milli Məclis seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər