DÇ-2022-nin seçmə mərhələ oyunları ləğv olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

DÇ-2022-nin seçmə mərhələ oyunları ləğv olundu

17:23 - 09 / 03 / 2020
DÇ-2022-nin seçmə mərhələ oyunları ləğv olundu

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyun aylarında keçiriləcək oyunları təxirə salınıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə  FİFA-nın rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.

Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər