ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək

10:59 - 10 / 03 / 2020
ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Qafar Ağayev

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər