Adil Əliyev və Fəzail İbrahimli vitse-spiker oldu

Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçirilib. Səsvermə nəticəsində Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis sədrinin müavinləri seçilib.
Qeyd edək ki, Sahibə Qafarova Milli Məclisin sədri seçilib, Əli Hüseynli isə Milli Məclis sədrinin 1-ci müavini seçilib.
Qafar Ağayev
2133