Müəllimlərin maaşı necə ödənəcək? - Nazirdən açıqlama

"İşçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqısının ödənilməsi nəzərdə tutulub"
1news.az xəbər verir ki, bunu Təhsil naziri AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib. Nazir bildirib ki, işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi dövlət başçısı tərəfindən müvafiq orqanlar qarşısında qoyulan ən vacib məsələdir.
"Ona görə də hesab edirəm ki, onların əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem olmayacaq".
Qafar Ağayev
1026